25/01/2021
15:45
939
| A A A
Bundesliqada məşqçi istefası

Hertha baş məşqçisi Bruno Labbadianı və idman direktoru Maykl Presi istefaya göndərib.

Goal.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, buna səbəb komandanın uğursuz çıxışıdır.

Belə ki, onların rəhbərliyi altında Berlin təmsilçisi 18 oyundan cəmi 17 xal toplaya bilib və 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Labbadia ötən ildən Hertha-nı çalışdırırdı. Pres isə 12 il idi idman direktoru vəzifəsində işləyirdi.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs