26/01/2021
15:24
1159
| A A A
Bundesliqa klubunda yeni baş məşqçi

Hertha-nın yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Pal Dardai çalışdıracaq.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Macarıstandan olan 44 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin iyununa qədər olan müqavilə imzalanıb. O, bu vəzifədə bir gün öncə istefaya göndərilən Bruno Labbadianı əvəzləyib.

Qeyd edək ki, Dardai 2015-2019-cu illər aralığında da Hertha-nı çalışdırıb. O, həm də futbolçu karyerası dönəmində, 1997-2011-ci illər aralığında Berlin klubunun uğurları üçün çalışıb, bu komandada çıxdığı 297 oyunda 17 qola imza atıb.

Xatırladaq ki, Hertha Bundesliqada 18 turdan sonra 17 xalla 14-cü pillədə qərarlaşıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs