11/02/2021
17:21
660
| A A A
Bayern Münich-də koronavirus şoku

Bayern Münich-in hücumçusu Tomas Müller koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, COVİD-19 testi müsbət çıxan 31 yaşlı futbolçunun Qətərdə keçirilən klublararası dünya çempionatının finalını buraxacağı bildirilib.

Qeyd edək ki, finalda Bayern Meksikanın Tigres komandası ilə qarşılaşacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.

Əlavə edək ki, Müller bu mövsüm uğurlu oyunu ilə diqqət çəkir. O, 31 oyunda 13 qol vurub, 14 qolun isə ötürməsini edib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs