15/02/2021
19:55
1658
| A A A
Borussia Dortmund-un yeni baş məşqçisi müəyyənləşdi

Marko Roze Borussia Dortmund-un yeni baş məşqçisi olacaq.

Goal.az xəbər verir ki, onun hazırkı iş yeri olan Borussia Monchengladbach Rozenin mövsümün sonunda rəsmən komandadan ayrılacağını açıqlayıb. 44 yaşlı mütəxəssisin yeni klubu isə Dortmund təmsilçisi olacaq. Klub rəhbərliyi hazırkı çalışdırıcı Edin Terziçin fəaliyyətindən narazıdır. Komanda bu mövsüm onun baş məşqçiliyi altında 33 xal toplayıb və 6-cı pillədədir.

Qeyd edək ki, Roze 2019-cu ildən Münhenqladbax təmsilçisinə baş məşqçilik edir. Terziç isə həmin ildən Dortmund klubunda işləyir.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs