16/02/2021
14:52
1462
| A A A
Bundesliqa klubunda ciddi itki

Köln ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisinin müdafiəçisi Sebastyan Bornau uzun müddətə sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı braziliyalı futbolçunun onurğasından əməliyyat olunması gözlənilir. Bu üzdən Bornaunun dəqiq nə vaxt sıraya dönəcəyi məlum deyil.

Qeyd edək ki, Anderlecht-in yetirməsi olan Bornau, 2019-cu ildən Köln-ün uğurları üçün çalışır.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs