16/02/2021
18:01
2585
| A A A
Alaba gələcək karyerasıyla bağlı qərar verdi

Bayern Münich-in futbolçusu David Alaba cari mövsümün sonunda komandadan ayrılacaq.

Goal.az xəbər verir ki, bu barədə avstriyalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı cinah oyunçusu artıq yekun qərarını verdiyini bildirib: "Yeni macəra yaşamaq üçün bu addımı atıram. Asan qərar deyil. 13 ildir bu komandanın üzvüyəm. Klub mənə doğmadır. Hələ hara gedəcəyimi bilmirəm. Agentlərim digər klublarla danışırlar".

Qeyd edək ki, David Alaba ilə Real Madrid yaxından maraqlanır.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs