Marko Roys 300-ə çatdı
Almaniya Bundesliqasının 22-ci turunun Schalke ilə səfər oyunu Borussia Dortmund-un kapitanı Marko Roys üçün əlamətdar olub.
Goal.az xəbər verir ki, 4:0 hesabıyla qalib gəldikləri matç 31 yaşlı futbolçunun Bundesliqada 300-cü oyunu olub.
Roys bu matçlarda 130 qol vurub, 85 məhsuldar ötürməyə imza atıb. Yarımmüdafiəçinin Bundesliqada debütü 2009-cu ildə, Borussia Monchengladbach-da olub.
Almaniya yığmasının da üzvü olan futbolçu 2012-ci ildən Borussia-da çıxış edir.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR