Sanço Bundesliqanın tarixinə keçdi
Borussia Dortmund Bundesliqanın 23-cü turunda Arminia-nı darmadağın edib – 3:0.
Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada meydan sahiblərinin yarımmüdafiəçisi Ceydon Sanço yeni rekorda imza atıb. Belə ki, Sanço Bundesliqa tarixində 50 məhsuldar ötürmə edən ən gənc futbolçu olub.
20 yaşlı futbolçu Arminia ilə matçda bir qol vurub, bir məhsuldar ötürmə edib.
Sanço bu mövsüm Borussia ilə 30 oyunda 11 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND