01/03/2021
22:35
1024
| A A A
Bundesliqa klubunun baş məşqçisi istefa verdi

Arminia komandasının baş məşqçisi Uve Noyxaus istefaya göndərilib.

Goal.az xəbər verir ki, buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub.

62 yaşlı mütəxəssislə yanaşı, onun köməkçisi Peter Nemet də qovulub.

Qeyd edək ki, Uve Noyxaus 2018-ci ildən Arminia-ya başçılıq edirdi. Bilefeld təmsilçisi 22 turdan sonra 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15550 səs