02/03/2021
13:23
987
| A A A
Bundesliqa klubunda ciddi itki

Bayer Leverkusen ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisinin müdafiəçisi Timoti Fosu-Mensa uzun müddətə sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı futbolçunun Bundesliqanın 23-cü turu çərçivəsində Freiburg-la ev oyununda ağır zədə aldığı diqqətə çatdırılıb. Oyunun sonlarında xəsarət alan Timotinin sağ dizinin ön çarpaz bağlarında qırılma aşkarlanıb.

Klub futbolçunun tezliklə əməliyyat olunacağını bəyan edib. Onun dəqiq bərpa müddəti açıqlanmır. Amma müdafiəçinin azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı iddia olunur.

Fosu-Mensa Bayer-ə 2021-ci ilin yanvarında İngiltərənin Manchester United klubundan transfer olunub. O, Leverkuzen təmsilçisində 7 oyun keçirib.

Niderland yığmasının da üzvü olan Fosu-Mensa zədə səbəbindən Avropa çempionatında da iştirak edə bilməyəcək.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13576 səs