02/03/2021
16:26
817
| A A A
Bundesliqa klubunda yeni baş məşqçi

Almaniya Bundesliqasında çıxış edən Arminia komandasının yeni baş məşqçisi bəlli olub.

Goal.az klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, komanda Frank Kramerə tapşırılıb.

49 yaşlı mütəxəsisin müqaviləsi 2023-cu il iyunun 30-dək qüvvədədir. Kramer bu postda ötən gün istefaya göndərilmiş Uve Noyxausu əvəzləyib.

Qeyd edək ki, Noyxaus 2018-ci ildən Arminia-ya başçılıq edirdi. Bilefeld təmsilçisi 22 turdan sonra 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13516 səs