Levandovski tarixə keçdi
Bayern Münich Bundesliqanın 24-cü turunda Borussia Dortmund-u 4:2 hesabıyla məğlub edib.
Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada het-trik edən Robert Levandovski yeni rekorda imza atıb.
Belə ki, polşalı hücumçu Bundesliqada Borussia-ya qarşı keçirdiyi 14 oyunda 20 qol vurub. Turnir tarixində daha əvvəl heç bir futbolçu Borussia-ya qarşı oyunlarda bu qədər qol vurmamışdı.
Levandovski bu mövsüm Bundesliqada 23 oyunda 31 qol vurub.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND