26/08/2021
12:56
3657
| A A A
Bayern Münich-in ev oyunları üçün azarkeş sayı açıqlandı

2021/2022 mövsümündə Almaniyanın Bayern Münich klubunun ev oyunlarına buraxılacaq azarkeşlərin sayı açıqlanıb.

Goal.az xəbər verir ki, Münhen təmsilçisinin ev oyunlarını keçirdiyi “Alyans Arena”ya 25 min azarkeş buraxılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya hökuməti koronavirus pandemiyası səbəbindən futbol stadionlarına tutumun 50 faizi qədər azarkeş buraxılacağı ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, oyunlarda azarkeşlərin sayı 25 mini keçməməlidir.