16/09/2021
17:11
1005
| A A A
Bayern Münich-də yeni müqavilə

Bayern Münich klubu futbolçusu Leon Qoretskanın müqaviləsinin müddətini artırıb.

Goal.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Alman yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qoretska 2018-ci ildən Bayern-də çıxış edir.

26 yaşlı futbolçu Almaniya milli komandasının da üzvüdür.