04/11/2021
15:49
1902
| A A A
Klopp 200-ə çatdı

Liverpool Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Atletico-nu məğlub edib – 2:0.

Goal.az xəbər verir ki, bu qələbə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Kloppun komandayla 200-cü zəfəri olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klopp Liverpool-la 200 və daha çox qələbə qazanan 5-ci məşqçi olub.

Liverpool-da qələbə sayına görə rekordçu Billi Şenklidir. Keçmiş mütəxəssis Mersisayd təmsilçisiylə 407 qələbə qazanıb.