07/11/2021
20:16
2220
| A A A
Bayern Münich 44 illik rekordu təkrarladı

Bayern Münich Bundesliqanın 11-ci turunda Freiburg-u məğlub edib – 2:1.

Goal.az xəbər verir ki, Münhen təmsilçisi bu nəticəylə turnirin 44 illik rekordunu təkrarlayıb. Belə ki, Bayern 2021-ci ildə artıq çempionatda 100 qol vurub.

Sonuncu dəfə 1977-ci ildə Köln komandası çempionat oyunlarında bir təqvim ilində 100 qol vurmağı bacarmışdı.

Bayern bu mövsüm Bundesliqada keçirdiyi 11 oyunda 40 qol vurub.