14/11/2021
14:24
1457
| A A A
İspaniyalı futbolçu Qvineya millisini seçdi

Leipzig-də çıxış edən İlayş Moriba milli komanda seçimini edib.

Goal.az xəbər verir ki, yarımmüdafiəçi Qvineya yığmasının uğurları üçün çalışacaq. 

Barcelona-nın yetirməsi olan Moribanın İspaniya vətəndaşlığı da var idi. O, bu ölkənin federasiyasının onunla əlaqə saxlamamasına görə Qvineya yığmasında çıxış etmək qərarını verib.

Moriba bu ilin avqustunda Barcelona-dan Leipzig-ə keçib. (matc)