20/11/2021
14:37
693
| A A A
Müller 600-ə çatdı

Bayern Münich-in futbolçusu Tomas Müller üçün Almaniya Bundesliqasının 12-ci turunda Augsburg-la matç (1:2) əlamətdar olub.

Goal.az xəbər verir ki, bu görüşlə 32 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinin heyətində 600-cü oyununa çıxıb. Bununla da, Müller sahə oyunçuları arasında 1-ci, ümumilikdə isə 3-cü pillədə yer alıb.

Qeyd edək ki, Bayern-də ən çox oyun keçirən sabiq qapıçı Zepp Mayerdir. (661 oyun). Oliver Kan (632) 2-cidir.