27/11/2021
16:43
3515
| A A A
Leipzig-də koronavirus şoku

Leipzig-də koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Goal.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Leipzig-də daha 6 nəfərdə koronavirus aşkarlanıb. Onlardan dördü futbolçu, biri məşqçi, digəri isə işçidir. Leipzig-də daha əvvəl baş məşqçi Cessi Marşın da koronavirusa yoluxduğu açıqlanmışdı.

Qeyd edək ki, Leipzig Bundesliqanın 13-cü turunda, noyabrın 28-də Bayer Leverkusen-i qəbul edəcək.