30/11/2021
13:59
868
| A A A
Bundesliqa klubunda yeni baş məşqçi

Herhta yeni baş məşqçi ilə anlaşıb.

Goal.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hertha baş məşqçi postuna Tayfun Korkutun gətirildiyini açıqlayıb. Korkut cari mövsümün sonuna qədər Hertha-nın “sükanı arxasında” olacaq.

Türkiyə milli komandasının keçmiş futbolçusu olan Korkut, əvvəllər Almaniyada Bayer Leverkusen, Stuttgart kimi klublarda məşqçi kimi çalışıb.