03/12/2021
23:12
1911
| A A A
Levandovskiyə "Duz Topu" mükafatı veriləcək

Polşa millisinin və Bayern Münich-in futbolçusu Robert Levandovskiyə ölkəsində "Duz Topu" mükafatı təqdim ediləcək.

Goal.az xəbər verir ki, bu barədə Veliçka bələdiyəsinin üzvü Kamil Yastşembski yerli mətbuata açıqlama verib.

O bildirib ki, dünyada duz hasilatı ilə məşhur olan Veliçka qəsəbəsinin sakinləri "Qızıl top"un təltifetmə mərasimində haqsızlıqla üzləşən 33 yaşlı hücumçuya dəstək məqsədilə bu addımı atıb.

Qeyd edək ki, "Qızıl top" mükafatını 7-ci dəfə Lionel Messi qazanıb.(report)