04/12/2021
12:57
1393
| A A A
Dadaşov Schalke-nin əsas komandasında debüt edə bilər

Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov Schalke-nin əsas komandasında debüt edə bilər.

Goal.az xəbər verir ki, buna səbəb komandanın bir sıra aparıcı futbolçusunun sıradan çıxmasıdır. Klubun baş məşqçi Dimitrios Qrammozis 2-ci Bundesliqanın 16-cı turunda Saunt-Pauli ilə oyun öncəsi U-23-dən Renat Dadaşovu və Feliks Vienandı, gənclər komandasından isə Keke Toppu əsas komandaya cəlb edib.

Qeyd edək ki, bu gün keçiriləcək Saunt-Pauli - Schalke görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.