05/12/2021
11:58
1571
| A A A
Dadaşov Schalke-nin əsas komandasında debüt etdi

Azərbaycanlı hücumçu Rüfət Dadaşov Almaniyanın Schalke klubunun əsas komandasında debüt edib.

Goal.az xəbər verir ki, sözügedən komanda Bundesliqanın 16-cı turu çərçivəsində səfərdə Saunt Pauli ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı oyun Schalke-nin məğlubiyyəti ilə bitib – 1:2.

Rüfət bu görüşə start heyətdə başlayıb. O, 81-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Rüfət Schalke-nin U-23 komandasında çıxış edir. Lakin əsas komandanın heyətində ciddi itkilər olduğundan, məşqçilər korpusu onu düşərgəyə cəlb etmək məcburiyyətində qalıb.

Schalke bu mövsüm ikinci Bundesliqada keçirdiyi 16 oyunda 26 xal toplayıb və 18 kollektiv arasında 7-cidir.