10/04/2022
10:53
2126
| A A A
Holanddan uğursuz göstərici

Borussia Dortmund-un hücumçusu Erlinq Holand keçirdiyi son 5 Bundesliqa oyununda qol vura bilmir.

Goal.az xəbər verir ki, norveçli hücumçu XXIX turun Stuttgart-la görüşündə də fərqlənə bilməyib.

Səfərdəki 2:0 hesablı qələbəyə assistlə töhfə verən Erlinq qolsuz seriyasını davam etdirib. O, sonuncu dəfə yanvarın 22-də rəqib qapısına yol tapıb.

Hoffenheim üzərində 3:2 hesablı qələbədə pay sahibi olan norveçli zədələnib və martın 13-dək meydana çıxa bilməyib. Borussia-nın heyətində Bundesliqada 5 oyun qol vurmamaq Holand üçün antirekorddur. Bu seriyayadək norveçli ən pis halda 2 matçı qolsuz keçirib.