19/04/2022
12:22
3539
| A A A
Bayern iki aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadır

Bayern qapıçısı Manuel Noyer və hücumçusu Tomas Müllerlə müqavilənin müddətini uzadacaq.

Goal.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikola Skira şəxsi tvitterində yazıb.

Onun sözlərinə görə, oyunçuların yeni sözləşmələri 2025-ci ilədək nəzərdə tutulacaq.

Qeyd edək ki, Bayern-in yetirməsi olan Tomas Müller 2008-ci ildən əsas komandada çıxış edir. Manuel Noyer isə 2011-ci ildən ölkə çempionunun formasını geyinir. (report)