21/04/2022
19:31
1170
| A A A
Bundesliqa klubunda baş məşqçi ayrılığı

Arminia komandasının baş məşqçisi Frank Kramer istefaya göndərilib.

Goal.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Kramerlə yanaşı, onun köməkçisi İlia Qruyev də istefaya göndərilib. Bundan sonra komandaya Marko Kostmannın rəhbərlik edəcəyi də diqqətə çatdırılıb.

Arminia hazırda 30 oyuna topladığı 26 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.