Bayern-də ayın futbolçusu seçildi
Bayern Münich-də martın ən yaxşı futbolçusu seçilib.
Goal.az xəbər verir ki, polşalı hücumçu Robert Levandovski Münhen təmsilçisində ayın ən yaxşısı seçilib.
Robert azarkeşlər arasında aparılmış sorğuda komanda yoldaşları Kinqsli Koman və Tomas Mülleri qabaqlayıb.
Qeyd edək ki, 33 yaşlı forvard martda meydana çıxdığı 4 oyunda 6 qola imza atıb.