03/05/2022
20:52
521
| A A A
Bayern Münich-də yeni müqavilə

Bayern Münich hücumçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilə qədər nəzərdə tutulub.

Müller bu mövsüm Almaniya Bundesliqasında 30 oyuna çıxıb, 7 qol vurub və 20 məhsuldar ötürmə edib.