Schalke Bundesliqaya vəsiqə qazandı
Almaniyanın 2-ci Bundesliqasında mövsümün çempionu müəyyənləşib.
Goal.az xəbər verir ki, turnirin qalibi Schalke olub.
Sözügedən komanda buna 33-cü turda Saunt Pauli-yə qalib gəlməklə (3:2) imza atıb. Schalke bununla da sona 1 tur qalmış xallarının sayını 62-yə çatdırıb və ən yaxın izləyicisi Hamburg-u 5 xal qabaqlayıb.
Helzenkirxen təmsilçisi çempionluqla yanaşı, növbəti mövsüm üçün əsas Bundesliqaya vəsiqə də qazanıb.