15/05/2022
17:40
4415
| A A A
Levandovski Müllerə çatdı

Almaniya Bundesliqasında 2021/22 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, Bayern Münich-in hücumçusu Robert Levandovskidir.

Polşalı futbolçu artıq geridə qalan mövsümdə 35 qol vurub. Bununla da, o, karyerasında 7-ci dəfə (ardıcıl 5-ci dəfə) Bundesliqanın ən yaxşı bombardiri olub.

Levandovski bu göstəricidə Münhen klubunun sabiq hücumçusu Herd Müllerə çatıb.