15/05/2022
18:18
4443
| A A A
Borussia Dortmund-da rəsmi ayrılıq

Borussia Dortmund-un futbolçusu Aksel Vitsel klubdan ayrılıb.

Goal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi sosial şəbəkə hesabında azarkeşlərlə vidalaşıb:

“Ayrıldığım üçün kədərlənirəm, amma fəxrlə demək istəyirəm ki, son dörd il ərzində bu klubu təmsil etmişəm. Burada çoxlu gözəl dostlar qazandım. Möhtəşəm azarkeşlərimizin dəstəyini almaqdan şərəf duyuram. Çox sağ olun!”

Xatırladaq ki, Aksel 2018-ci ildən Almaniya klubunda çıxış edirdi. O, bu komandada 144 oyuna 13 qol vurub, 6 qol ötürməsi edib.