18/05/2022
11:19
655
| A A A
Bundesliqa klubu baş məşqçisi ilə vidalaşıb

Hoffenheim baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.

Goal.az xəbər verir ki, 40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bundesliqa təmsilçisi Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub.

Qeyd edək ki, Sebastyan Höness Bayern Münich-in sabiq prezidenti Üli Hönessin qardaşı oğludur. O, 2020-ci ilin yayından Hoffenheim-a rəhbərlik edirdi. (report)