Eintracht-da yeni müqavilə
Eintracht Frankfurt futbolçusu Tuta ilə müqaviləni yeniləyib.
Goal.az xəbər verir ki, Frankfurt təmsilçisi 22 yaşlı müdafiəçinin sözləşməsinin müddətini 2026-cı ilin yayına qədər artırıb.
Qeyd edək ki, Tuta cari mövsümdə 37 oyuna çıxıb və 4 qola imza atıb.