21/05/2022
11:30
1301
| A A A
Borussia Dortmund baş məşqçisini istefaya göndərdi

Borussia Dortmund baş məşqçisi Marko Roze ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Almaniyalı baş məşqçi ilə yanaşı, köməkçiləri də komandanı tərk ediblər.

Qeyd edək ki, Marko Roze 2021-ci ilin fevralında Borussia-nın sükanı arxasına keçmişdi.