Wolfsburg-un yeni baş məşqçisi müəyyənləşdi
Wolfsburg-un yeni baş məşqçisi müəyyənləşib.
Goal.az xəbər verir ki, bu vəzifəyə Niko Kovaç təyin edilib. 50 yaşlı xorvatiyalı ilə 2024-2025 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Florian Koxfeldti əvəzləyib.
Qeyd edək ki, 2021/22 mövsümünün sonunda Wolfsburg 42 xal toplayaraq Bundesliqanı 12-ci pillədə başa vurub.