Bayern Münich-də rəsmi ayrılıq
Bayern Münich futbolçusu Korenten Tolisso ilə yollarını ayırıb.
Goal.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
2017-ci ildən Münhen təmsilçisində çıxış edən 28 yaşlı oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Tolisso Bayern-də 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.