Almaniya klubunun yeni baş məşqçisi açıqlandı
Almaniyanın Hertha klubunun yeni baş məşqçisi məlum olub.
Goal.az xəbər verir ki, Berlin təmsilçisini Sandro Şvatrs çalışdıracaq. Məlumatı Bundesliqa klubunun mətbuat xidməti yayıb.
44 yaşlı almaniyalı mütəxəssislə 2024-cü ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
O, Hertha-nın baş məşqçisi postunda Feliks Maqatı əvəz edib. Sandro Şvartsın son iş yeri Dynamo Moskva olub. (sportal)