03/06/2022
15:23
6322
| A A A
Qnabri Bayern-ə yox deyir

Bayern Münich yarımmüdafiəçisi Serj Qnabriylə müqaviləni yeniləmək istəyir.

Goal.az xəbər verir ki, Münhen təmsilçisi alman futbolçuya ilinə 19 milyon qazanacağı sözləşmə təklif edib. Qnabri bu təklifi rədd edib.

Qeyd edək ki, 26 yaşlı futbolçunun Bayern-lə müqaviləsi 2023-cü ilin yayında başa çatır.