04/06/2022
21:11
1275
| A A A
Bundesliqa təmsilçisində yeni baş məşqçi

Borussia Mönchengladbach-ın yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, bu vəzifəyə Daniel Farke təyin edilib. Alman mütəxəssislə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında mütəxəssis Krasnodar-a baş məşqçi təyin olunsa da, martda heç bir rəsmi oyuna çıxmadan klubu tərk edib.