Leipzig Nkunku ilə bağlı qərarını verdi — RƏSMİ
Leipzig yarımmüdafiəçisi Kristofer Nkunku ilə müqaviləni uzadıb.
Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı fransalı ilə yeni müqavilənin müddəti 2026-cı il iyunun 30-na kimi hesablanıb.
Qeyd edək ki, 24 yaşlı Nkunku Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib. O, 34 matçda 20 qol vurub və 15 məhsuldar ötürmə edib.