Manenin Bayern-də neçə nömrəli forma geyinəcəyi bəlli olub
Bayern Münich-in yeni transferi Sadio Manenin klubda neçə nömrəli forma geyinəcəyi müəyyənləşib.
Goal.az xəbər verir ki, 32 milyon avroya Liverpool-dan transfer olunan Sadio Mane Münhen klubunda "17" nömrəli forma geyinəcək.
Qeyd edək ki, Mane Bayern-lə 2025-ci ilə qədər müqavilə imzalayıb.