28/06/2022
20:20
1135
| A A A
Müller ən yaxşı seçildi

Bayern Münich-də ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az verir ki, azarkeşlərin səsverməsi nəticəsində bu ada Tomas Müller layiq görülüb.

33 yaşlı hücumçunu komandanın yarımmüdafiəçisi Camal Musiala izləyib. Polşalı forvard Robert Levandovski isə üçüncü olub.

Müller ötən mövsüm meydana çıxdığı 45 matçda 13 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqanın son çempionu ilə 2024-cü ilin yayınadək müqaviləsi var.