Bayern Münich-in futbolçusundan xeyirxah addım
Bayern Münich-in futbolçusu Alfonso Deyvis noyabrda başlayacaq dünya çempionatında qazanacağı məvacibi xeyriyyə məqsədilə istifadə edəcək.
Goal.az xəbər verir ki, kanadalı yarımmüdafiəçi pulu ölkəsində ehtiyacı olanlara bağışlayacağını açıqlayıb:
“Mən Qanadakı qaçqın düşərgəsində anadan olmuşam. Beş yaşım olanda Kanada ailəmi qəbul etdi və bizə daha yaxşı həyat şansı verdi. İndi Kanadaya bir şey qaytarmaq istəyirəm".
21 yaşlı yarımmüdaiəçi 2019-cu ildə 10 milyon avroya Vancoover-dan Bayern Münich-ə keçib.
Kanada millisi 1986-cı ildən bəri ilk dəfə dünya çempionatına qatılacaq. Milli Qətərdəki turnirdə F qrupunda Belçika, Mərakeş və Xorvatiya ilə qarşılaşacaq. (fanat)