29/12/2022
11:32
2966
| A A A
Bayern-də 2 müqavilə

Bayern futbolçusu Camal Musiala və Alfonso Deyvislə müqavilələrini uzatmağa hazırlaşır.

Goal.az xəbər verir ki, Münhen klubu bu futbolçuları komandanın gələcəyi üçün əvəzolunmaz hesab edir. Məsələ ilə bağlı Bayern həm Musiala, həm də Deyvisə yeni müqavilələr təklif edəcək.

Real-ın Alfonso ilə maraqlanması barədə xəbərlər yayılsa da, Bayern-in onun transfer təkliflərini nəzərə almayacağı bildirilir. Klub 22 yaşlı müdafiəçini itirmək riskinə düşməmək üçün onunla müqaviləni yeniləmək istəyir. Kanadalı futbolçunun hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. 19 yaşlı yarımmüdafiəçi Musialanın sözləşməsi isə 2026-cı ilə qədər qüvvədədir.

Qeyd edək ki, Alfonso 2019-cu, Musiala isə 2020-ci ildən Bayern oynayır.

GÜNÜN ƏN ÇOX OXUNANLARI