06/01/2023
22:51
2416
| A A A
Manenin durumuna aydınlıq gəldi

Bayern Münich-in və Seneqal millisinin ulduzu Sadio Manenin yaşıl meydana nə vaxt qayıdacağı məlum olub.

Goal.az xəbər verir ki, noyabrın 17-də baldırından əməliyyat olunan futbolçu təxminən iki ay sonra məşqlərə başlayacaq.

Bərpa prosesinə başlayan seneqallıların fevralın ortalarında hazır olacağı gözlənilir. Həkimlər onun fevralın 15-də Çempionlar Liqasının pley-off mərhələsində PSG ilə qarşılaşmaya qədər tam hazır olmasına çalışırlar.

DÇ-2022-də Seneqala kömək edə bilməyən Sadio Mane Bayern ilə bütün turnirlərdə oynadığı 23 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI