İngiltərəli futbolçu Bundesliqada yeni rekorda imza atıb
Borussia Dortmund klubunun futbolçusu Cud Bellingem Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
Goal.az xəbər verir ki, ingiltərəli oyunçu buna XXI turda Hertha-nı 4:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.
Yarımmüdafiəçi Almaniya çempionatında ən gənc yaşda 50 qələbə qazanan futbolçu adına sahib çıxıb. O, bunu 19 yaş 235-ci günündə bacarıb.
Daha əvvəl rekord hazırda Portuqaliya Benfica-sının formasını geyinən Yulian Drakslerə məxsus idi.
Qeyd edək ki, Cud Bellingem 2020-ci ildən Borussia-nın əsas komandasında çıxış edir. (report)