Bayern-də yeni müqavilə
Bayern-in hücumçusu Erik Şupo-Motinqlə yeni müqavilə imzalayıb.
Goal.az xəbər verir ki, 33 yaşlı oyunçu ilə müqavilənin müddəti 2024-cü ilin yayına kimi uzadılıb.
Qeyd edək ki, Şupo-Motinq 2020-ci ilin oktyabrından Münhen təmsilçisində oynayır. O, Bayern-in heyətində 82 matçda 33 qol vurub, 10 qolun ötürməsini verib.