17/08/2022
17:50
1071
| A A A
Azərbaycanın qadın cüdo millisi İslamiadadakı çıxışını medalla başa vurub

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın cüdo millisi bürünc medal qazanıb.

Goal.az xəbər verir ki, Azərbaycan millisi üçüncü yer uğrunda görüşdə Qırğızıstana 3:1 qalib gəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın kişi cüdo millisi finalda Türkiyə ilə qarşılaşacaq.