04/08/2021
13:33
3920
| A A A
Mbappe gələcək karyerasıyla bağlı qərar verdi

PSG-nin hücumçusu Kilian Mbappe klubdakı gələcəyiylə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, 22 yaşlı futbolçu Paris təmsilçisi ilə yeni müqavilə imzalamayacaq. Mbappe klubla yeni sözləşmə imzalamasa da, bu yay PSG-ni tərk etməyəcək.

Mbappe yeni mövsümü Fransada keçirəcək və daha sonra klubunu dəyişəcək.

Fransalı hücumçunun PSG ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.