21/09/2021
13:52
2021
| A A A
Berbatov federasiya prezidenti olmaq istəyir

Manchester United, Tottenham və Bayer Leverkusen klubunun sabiq futbolçusu Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.

Goal.az xəbər verir ki, 40 yaşlı keçmiş hücumçunun namizədliyini CSKA Sofia daxil olmaqla, bir neçə yüksək liqa təmsilçisi dəstəkləyib.

Federasiyanın hazırkı rəhbəri Borislav Mixaylov da bu vəzifəyə yenidən namizəd olacaq. Seçkilər oktyabrın 12-də gerçəkləşəcək.

Qeyd edək ki, Dimitar Berbatov iki dəfə İngiltərə çempionluğu, Liqa Kuboku və ölkə Superkubokunu qazanıb.